A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #

TVERK YALQUZAQ lyrics : "Geri Yol Yox"

1.verse: (Tverk Yalquzaq)
Və bir gün gözlərivi açıb,güzgüyə baxan zaman,
Anlayırsan,sən də dəyişib vəhşiləşmisən insanlar tək.

Nəyə toxunsanda cavab yoxdur,donub zaman,
Bu dünyada əvvəldə tək idin və indi də tək.
Bir gün sevgi də dönüb səninçün daşa dönəcək,

Necə ki,ən sevdiyin insan, dönübdür buza,
Və bir gün çirkli səmada bəyaz göyərçinlər öləcək,
Sən isə olacaqsan əlacsız,əlindən gələn tək yazmaq.

İstədiyin hər şey sənin olacaq,axı sən dünyada təksən,
Fərqi olmayacaq,Bakı ya İstanbul,ya Vətən,
Və bir gün iyrənəcəksən dükan şüşələrindəki əksdən,

Günahı heç kimin üstünə atma,sən bunu etmişdin qəsdən.
Hər gün diz çökəcəksən,hər gün yalvaracaqsan ki,
Tək bir səs gəlsin,səsivə səs gəlsin,

Və bir gün yenə qanlı dizlərin sürtünəndə yerə,
Biləcəksən əslində hamı burdadır,
Sadecə gəlmir kömək...


Chorus: (Tverk Yalquzaq)
"Dön,geri və birdə bax həyatıva,

Gör,nələr dəyişdi,gör nələr.
Ətraf eynidir,amma sən köhnəlir,amma sən köhnəlir..." x2


2.verse: (Tverk Yalquzaq)
Səmadan baxan gözlər,əlac olmayacaq o zaman ki,
Sən sadecə öz tənhalığınla olacaqsan sərxoş.

Sən yırtdığın zaman dərini,altından süzüləcək ki,çirk,
Sən bir zaman öz həqiqiətlərivə olacaqsan nankor.
Belini yırtan qanadlar da olmur kömək,

Nə olsun hündürdəsən,yenə də əgər uça bilmirsənsə.
Sən Allah`dan yalvaracaqsan,"Mənə sadecə ver,DÖZMƏK!"
Və uzaqdan belə cavab gəlməyəcək,inana bilmirsənsə.

Ən bahalı daş-qaş,maşınlar dönəcək yalvarışlı duaya,
Amma yardım əlini uzadan olmur,tənhalıqda.
Sənin gecələr yatmamağıvın,durmadan yalvarmağıvın,

Binanın damına çıxıb mərtəbələri bir-bir saymağıvın,
Sevgidən dəli olmağıvın,və bundan xoşbəxt olmağıvın,
Məndə ki,qısacası adı "MANTRALARIM"-dır...

(Məndə ki,qısacası adı "MANTRALARIM"-dır)

Chorus (Tverk Yalquzaq) x2

Submit Corrections