A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #

SHACKY ARG lyrics : "Sonradan"

Verse #1:
Sıxıb qələmi varağa yazıram bunları da güclə,
İnan yeni bir savaşa səbəb olacaq əsir kimidi beynim.

Ola bilər ki kəllə-mayallaqdır məndə bir-iki cümlə,
Bərbaddırsa əhvalım əməlli yazammıram neynim?!
Uşaqkən şeir yazardım, hamıya özümü göstərərdim,

İndi bu qədər geriləməyimə səbəb xəyallardır VAllah,
Anam xeyir-dua verincə mən də ürəkləndim,
Məndə yəqin ömrümün həmin günü başladı qocalmaq.

Nəyə görə bu qədər çətindir nəyisə başlamaq yenidən.
Məni yazmağa məcbur edən mələklərim yoxdur burda.
Yalnızam insanların əhatəsində həqiqətən,

Bu qədər uzaqlaşdım amma gözüm yenə də uzaqda.
Zillənib üzümə baxan gözlərdə qəribə bir şey var,
Sanki nədənsə peşmandır, əzab çəkir yumulduqda,

Çox təəssuf ki, dünən bu vaxtı gördüyüm adamlar
Satışa çıxardıb ürəyini zülmətin bazarlığında.


Chorus:
Astadan, gedirəm irəli geridə durmadan,
Və sonradan danışacaq bəlkə də bizi bu dünya.

O zaman çıxacaq aşkara boşa ölmədiyimiz,
Ona görə sözlər fikrimi çatdırmağa yetmir.


Verse #2:
Həyat savaşsa savaşı yaz vaxt tapan kimi,
Elə-belə doğulmadın yaz, bölüş ki, izin qalsın.

Çoxusu bu gün düşünürsə də yaza bilmir adam kimi,
Və indi sən yaz, elə yaz oxusun göz utansın.
Seçim etmək hər zaman ilk etapıdır qorxunun,

Səhvimi düzdən, düşməni dostdan ayıra bilmək.
Və bu gün siqaretdirsə dərd ortağı dostumun,
Bir işə yaramazam demək ki yazdığım elə cümlələr tək.

Nə qədər güc, nə qədər vaxt, nə qədər fürsətim var,
Savaşmadan ölmə deyə səngərlər qazıram hələ də.
Ən yaxın dostlarımı edəndə şeytan istismar,

Görünən səpələnmiş "şəhid" ümidlərdir geridə.
Adım Şəhri-Yardır, yazmasam günah olardı,
Dinlədinsə bura qədər elə mən ağıldasan demək ki.

Danışmağa o qədər şey var ki, amma yerim dardır,
Susmağının səbəbi varsa tək çarə gülümsəməkdir.

Submit Corrections