A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #

DAKODJE lyrics : "Sǝhnǝ Hǝyatı"

(Verse: 1)
Foye, səhnəyə bir addım, beyin duman çiskin..
Mimika ölü, düşüncə pandomim və bağlı pərdələr..

Bu səhnədə mən janglor, həyatda insanlar aktyor..
Həyat sirk, və səhnədəyəm, manikenlər düzülmüş vitrin..
Qulağa pıçıldayan iblis, həyat risk, sevgim eyforia..

Biraz alkoqol, çalır preludia, və isida maria..
Sənə çalınır sonsuz serenadam, səhnəm odeon..
Nə mən kalifey, bura kalizey, nə də bura mesapatamia..

Bu ritual, ritorik replika repertuarda...
Akustika, və döşəmədə yox suflor, yox axıcı diksiya..
Ssenari uyğun, partekular parazit basmış akropollis..

Gözlərizdə o retina, və qurulmuş dekorasia..

(Nəqarət)

Bu mənim son ümüdüm, ilk etirafımdı..
Bu mənim səhnədə yaşadığım həyatımdı..
Sən anlamırsan bəlkə deyirsən sayıqlayır bu..

Amma bu içimdə bastırdığım fəryadımdı..

(Verse: 2)

Orkestr çalır parçalanmış həyatımı və tans..
O oynayır gözündə yaşlarla, saçına yağan qarlardı..
Üzündə qrim yox, Retikular və göstərir rezistans..

Sicilia müdafiəsi, amma geriyə şahlar qalmadı..
Bu teatral quruluş, həyat kağız yandırılan odda..
Seçimlər xalis, görkəm müflis və yenə iblis...

Bu məclis, balerin üzünə gülümsəyir budda..
Tanrılar tərk edir ya tərk edilir? Xudahafiz..
Bu səhnədə o tanrı, o rəssam, o əlində kist..

Bu məkan, bu meydan, o mərkəzində pist..
Və test həyat, sonsuz səhvlər doğruları aparan oyunda..
Epilepsia alınan nəfəs, bu özü bir jest..

Bu axmaq sükut, mən dönüşdüyüm heyvan..
Axmaqlığın etirafı, tamaşaçı qalıb heyran..
Sual dolu baxışlar məndə, biraz təəccüb..

Jelatindən qırmızı işıq yandırılır, ətraf qan..

(Nəqarət)

Bu mənim son ümüdüm, ilk etirafımdı..
Bu mənim səhnədə yaşadığım həyatımdı..
Sən anlamırsan bəlkə deyirsən sayıqlayır bu..

Amma bu içimdə bastırdığım fəryadımdı..

(Verse: 3)

Bu mənim son ümüdüm, ilk etirafımdı..
Bu mənim səhnədə yaşadığım həyatımdı..
Sən anlamırsan bəlkə deyirsən sayıqlayır bu..

Amma bu içimdə bastırdığım fəryadımdı..
Bu mahnı bayatımdı, bu mahnı şeiriyatımdı..
Bu mahnı maddiyatım həm mənəviyyatımdı..

Bu mahnı külliyatım, bu mahnı fikriyatımdı..
Sən anlamırsan bəlkə bu yeraltı ədəbiyyatımdı..
Texnika riyaziyatım, alqış mənim fiyatımdı..

Düşüncə əməliyyatım, kəlimə əvvəliyatımdı..
Bu mənim fitriyatım, elə bu mənim adımdı..
Sən anlamadığın hər şey mənim hissiyatımdı!

Submit Corrections