A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #

DAKODJE lyrics : "Faciǝnin doğuluşu"

(Verse: 1)
Kölgələrdən çıxıb özümə yaratdım bir zülmət...
Gördüyüm hər məhəbbət sonu sonsuz nifrət..

Əlbət keçər gedər deyən zamandan geriyə..
Deyəsən özümə geri döndüm addım atarkən geriyə..
Unudulmuş xoşbəxtlik ölkəsi və sonsuz qaranlığ..

Bütün rəqəmlər içrə canı sıxılarmış üçün..
Sağlam oğlu sağlamlardan qaçdım bir anlıq..
Sizin düşüncəviz ağır havadır mənim üçün!

Mən xəstə gənclik, və ya ağıllı qocalıq olacam..
Baxma mənə, qaç mənnən, səninçün alçaqlıq olacam..
Təbəssümlə boşanmışam özümə gözyaşı alacam!

Sonra saxta olduğunu görüb ondan da boşanacam!
Ölümsüz olmağdan ölmüş ruhumun çirkabı..
Bu günədək yazılmış ən yalnız mahnıdır eşitdiyin..

Gecədir yeni doğur sevənlərin mahnıları..
Mənim ruhumda bir sevənin mahnısıdır eşitdiyin!


(Nǝqarǝt)
Hər aldığım nəfəs atdığım addım..
Dedim bu son addım.. Dedim ki bu sondu..

Ama yenə qaytararağ məni geriyə zaman..
Üzümdə sevinclər, təbəssüm soldu..


(Verse: 2)
Atamla birgə ölmüşdüm, anamla bir yaşlanırdım..
Axtarışlar başlanırdı, ucuz sözlər yalvarırdı..

Dediyim hər həqiqətdə kütlə tərəfdən daşlanırdım..
İçimdə nifrət bayrağım dalğalanırdı..
Bağışlaya bağışlaya öldü bağışlama xoşbəxtliyi..

Mən yenə ağıllı simada gəzdirib dəliliyi..
Öz qaranlığımla yaşadım söndürüm işıqları..
Yenə mən içirəm deyəsən mənnən daşan alovları..

Həqiqət axtarışlarım həqiqətimin sonu oldu..
Dedim bu son addım.. Dedim ki bu sondu..
Ama yenə qaytararağ məni geriyə zaman..

Ağrılar qondu sinəmə.. Gözlər doldu..
İnsanlar içrə keçmişin qırıq parçasıyam mən..
Baxırsan indi çilik çilik olmuş əksivə sən!

Zəhlən gedir mənnən, zəhləm gedir sənnən!
Görürsənmi özüvü orda necə küsmüsən dünənnən!


(Nǝqarǝt)
Hər aldığım nəfəs atdığım addım..
Dedim bu son addım.. Dedim ki bu sondu..

Ama yenə qaytararağ məni geriyə zaman..
Üzümdə sevinclər, təbəssüm soldu..

Submit Corrections