A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #

ALBAY EFENDI lyrics : "Bitmedi Derdim"

Mənim bəstəm nə qədər olsa ağır
Nə qədər səndən uzaq, bir o qədər sənə yaxın
Mənim dərdim artıq indi deyil sevgi qazanmaq

Olan qalan sevgini əzmək, qırmaq, atmaq...
Usandı qələm də artıq indi yazmır sevgidən
Yazmır məhəbbətdən, yazmır indi Nərmindən

İndi heçnə yox, dərin yuxuya dalmaq
Orda sənlə qalmaq, orda sənlə olmaq...
İndi sən yoxsan, yoxsan hətta yuxularda

Ruhum məndən ayrılıb məndən uzaqlarda
Ürək daşa çevrilir, sevgi görmədikdə
Sözlər buza çevrilir, sevgi tükəndikdə

Sevgi eyni dəftər, sevgi eyni rəfdə
Sevgi toz basıbsa demək sevgi yoxdu qəlbdə
Məndə sevgi yox, məndə yoxdu nifrət

Məndə sevgi-nirfət hamısı eyni sətirdə
Həyat uğursuz, uğursuz hətta dərdim
Mənə bircə salam ver, səndən tək istəyim

Mənim bədənim pozğun fahişələrə təslim
Mənim sevincim ayrı, mənim dərdim ayrı


Bitmədi dərdim... Mənim bitmədi dərdim
Bitmədi dərdim... Mənim bitmədi dərdim


II verse
Həyat deyil təkcə məhəbbətdən ibarət
Səndən ibarət nədə ki, məndən ibarət

Həyat əgər bir oyunsa, demək biz oyunçular
Biz uduzanlar həmişə məğlub olanlar
Mənim sevgim gizlənib bir təbəssümdə

Mənim içim ayrı başqa insan var üzümdə
Mənim qələmim də saxta, yazdığım sətir də
Mənim sevgim saxta, ümid zibillikdə

Sevgi eyni rəng, lakin fərqli tonda
Hamısı eyni başlanır, hamısı eyni sonda
Həyat cəlladdır sevgi əlindəki balta

Sevgi vurur bizi, əzir bizi ən altda
Sevgi deyil səmimi, sevgilər olmur təmiz
Hər sevgi özündən sonra qoyur böyük iz

Sevgilər deyil mükəmməl, mükəmməl heçnə yoxdu
Göz yaşı var, ayrılıq var çünki sevgi yoxdu

Submit Corrections